Müxtəlif aviaşirkətlərin bələdçiləri narahat olduğuna görə uçuş üçün qəbuledilməz olan paltarların adlarını çəkiblər. Bu barədə “The Sun” məlumat yayıb.
Beləliklə, bələdçilərin fikrincə, dar cins şalvarları təyyarədə geyinmək olmaz, çünki dar geyim qan dövranının pozulmasına və ya bağırsaqlarda narahatlığa səbəb ola bilər. Onlar həmçinin yeni evlənənlərə məsləhət görürlər ki, uçuş zamanı gəlinlik və kostyumlardan imtina etsinlər, çünki bu, çox narahatçılıq yaradır.
Uçuş bələdçiləri hesab edirlər ki, şişməmək və normal qan dövranını təmin etmək üçün çox dar alt paltarları, həmçinin uzun axan ətəklər və kombinezonlar seçmək olmaz.
Qəzetin qeyd etdiyi kimi, düz dabanlı qapalı ayaqqabılar səfərdə daha rahat olacaq, çünki lazım gələrsə, hündürdaban ayaqqabılarda, çəkmələrdə təcili olaraq təyyarəni tərk etmək daha çətindir.