Rusiyanın "Azimut" aviaşirkəti Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşları bərpa edib. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, mayın 30-dək uçuşlar həftədə üç dəfə - bazar ertəsi, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
“Çərşənbə və bazar günləri “Azimut” aviaşirkəti bu reysi Mineralnıye Vodıda tranzitlə həyata keçirəcək”, - hava limanından bildirilib.
Qrafikə əsasən, təyyarənin Bakıda eniş vaxtı 03:20 (GMT +4), Soçidə isə uçuş vaxtı 03:50 (GMT +4) təşkil edir. Xatırladaq ki, “Azimut” aviaşirkəti mayın 9-da Soçi-Bakı-Soçi marşrutu üzrə uçuşları bərpa edib.