Mayın 10-da Təl-Əviv-İstanbul marşrutu üzrə TK-7709 reysi ilə uçan sərnişinlər “AnadoluJet” aviaşirkətinə məxsus təyyarə havaya qalxarkən qeyri-adi hadisə baş verib.
Türkiyə mətbuatı yazır ki, təyyarə hərəkətə başlayan kimi "qəzada zədələnən təyyarənin fotoları" bir anda bir neçə sərnişinin telefonuna gəlib. Bu barədə ekipaj məlumatlandırılan kimi, təyyarənin başlanğıc nöqtəsinə qaytarılması qərara alınıb.
Təkrar yoxlamalardan sonra, göyərtədə heç bir problem olmadığı məlum olub, təyyarə planlaşdırılan uçuşu həyata keçirib. Türk Hava Yolları bu hadisəni şərh edərkən, fotoşəkillərin Bluetooth vasitəsilə yayıldığını, buna görə də bu funksiyası açıq olan bütün sərnişinlərin telefonlarına düşdüyünü qeyd edib. Təyyarədə 153 böyük sərnişin və 1 körpə olub.