“Buta Airways” ucuz biletləri satışa çıxartdı

Hazırda Bakı-Tbilisi və Bakı-SabihaGökcan birbaşa reysləri üzrə 29 avrtoluq bilet əldə edə bilərsiniz
“Buta Airways” ucuz biletləri satışa çıxartdı

Azərbaycanın milli loukosteri olan “Buta Airways” 29 avrodan, bu təqribən bugünkü məzənnə ilə 52 manat edir, biletləri satışa çıxartdı.

AviaTravel xəbər verir ki, biletlər qış mövsümü üçün açıq elan edilib. Hazırda Bakı-Tbilisi və Bakı-SabihaGökcan birbaşa reysləri üzrə ucuz bilet əldə edə bilərsiniz.

Xatırladaq ki, “Buta Airways”in 3 tarifi var: ButaBudget, ButaStandard və ButaSuper. Büdcə tarifinə baqaj və əl yükü daxil deyil.