Türkiyənin aviasiya orqanları "Flyone Armenia" şirkətinə öz hava məkanı vasitəsilə Avropa ölkələrinə uçuşlar həyata keçirmək imkanını təmin etməyib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Aviaşirkətdən verilən məlumata görə, nəticədə "Flyone Armenia" cari ilin 10 iyun tarixinə qədər İrəvan-Lion-İrəvan və İrəvan-Paris-İrəvan reyslərini ləğv etmək məcburiyyətində qalıb.
Bu arada qeyd edək ki, İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşlar qrafikə uyğun həyata keçirilir.