Prezident İlham Əliyev Türkiyədə yeni aeroportun açılışında iştirak edəcək

Prezident İlham Əliyev Türkiyədə yeni aeroportun açılışında iştirak edəcək

İlham Əliyev mayın 14-də Türkiyəyə uçur. “Anadolu” agentliyi xəbər verir ki, Azərbaycan və Türkiyə liderləri Rizə-Artvin hava limanının açılışında iştirak edəcəklər.

Türkiyənin şimal-şərqindəki Rize-Artvin hava limanı unikal bir aeroportdur. Bu, dünyada birbaşa dənizdə tikilən beşinci hava limanıdır. Uçuş zolağının uzunluğu 3 km, eni isə 45 m-dir. Hava limanı ildə üç milyona yaxın sərnişinə xidmət göstərə biləcək. Süni adanın yaradılması, doldurulması üçün 100 milyon ton qaya istifadə edilib.

Qeyd edək ki, Türkiyədə Qara dəniz sahili yaxınlığında açılacaq yeni hava limanı Körfəz ölkələri ilə sərnişin və yükdaşımada artımı təmin edəcək.

“Qara dənizdə ən yaxşı hava limanı olacaq. Mən proqnozlaşdırıram ki, o, xüsusilə turizm baxımından çoxlu sifarişlər alacaq və yaxın bir neçə ildə çox ciddi artım olacaq”, - deyə Türkiyənin mədəniyyət və turizm naziri Mehmed Nuri Ersoy bildirib.