Mayın 9-dan etibarən Azimut Soçidən Bakıya birbaşa uçuşlara başlayır. Biletləri artıq aviaşirkətin saytında əldə etmək olar.
Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək. İyun ayında aviadaşıyıcı bu istiqamətdə uçuşların sayını artırmağı planlaşdırır.