Türkiyə təyyarə uçuşlarında maska ​​taxmamağa icazə verdi

Türkiyə təyyarə uçuşlarında maska ​​taxmamağa icazə verdi

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca yerli mediaya təyyarələrdə maska ​​taxılması ilə bağlı vəziyyəti şərh edib. Onun sözlərinə görə, hava səyahətləri zamanı maska ​​taxmaq məcburiyyəti yoxdur. İndi bu tədbir xüsusilə 65 yaşdan yuxarı, xroniki və digər xəstəlikləri olanlar üçün tövsiyə xarakterlidir.

“Belə sərnişinlər risk gördükləri yerdə özlərini maska ​​ilə qorumalıdırlar. Digər tərəfdən, yuxarı tənəffüs yolu infeksiyasının hər hansı bir əlaməti olan insanlar başqalarını potensial infeksiyadan qorumaq üçün mütləq maska ​​taxmalıdırlar”, - deyə Koca bildirib.

Beləliklə, türk hava yolları məcburi maska ​​rejimini ləğv etmək hüququ əldə edib. Daha əvvəl Türk Hava Yollarının rəhbəri Bilal Ekşi bunun "sərnişinlərin yorğun olduğu üçün" zəruri olduğunu bildirmişdi.

Xatırladaq ki, Türkiyədə aprelin 27-dən tibb müəssisələri və ictimai nəqliyyat istisna olmaqla, qapalı məkanlarda maska ​​taxmaq tələbi ləğv edilib.