Azərbaycana gələn əcnəbilər daha çox hava nəqliyyatından istifadə ediblər

Azərbaycana gələn əcnəbilər daha çox hava nəqliyyatından istifadə ediblər

Yanvar-mart aylarında Azərbaycana gələn əcnəbilərin 54 faizi hava nəqliyyatından istifadə edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 44,2 faizi ölkəmizə dəmir yolu və avtomobil, 1,8 faizi isə dəniz nəqliyyatı ilə gəlib.

Təkcə martda Azərbaycanda hava nəqliyyatı ilə 145,8 min sərnişin daşınıb.

Xatırladaq ki, fevralda hava nəqliyyatından 100,3 min sərnişin istifadə edib.