Naxçıvana uçan təyyarə texniki səbəbdən geri qayıdıb

Naxçıvana uçan təyyarə texniki səbəbdən geri qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin bu səhər J2253 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəblərdən hava limanına qayıtmaq qərarına gəlib.

Təyyarə saat 12:40-da Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.