“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna gedən yolun tikintisi başa çatıb. Uzunluğu 36 km olan yeni marşrut Soyuqbula kəndindən başlayır. Ağstafa-Poylu-Gürüstan sərhəd yolunun 38-ci km-də işlərin başa çatdırılması ilə əlaqədar qoruğun adının əks olunduğu məlumat lövhəsi quraşdırılıb.
Qoruğun direktoru Musa Mursaquliyev Keşikçidağa gələn turistlərin sayının xeyli artacağına ümid edir. O, AzeSputnik-ə müsahibəsində “Bu, yoldan istifadə edən turistlərin diqqətini çəkəcəyik” deyib.
“Keşikçidağ”ın ərazisi 15 il əvvəl qoruq elan edilib. Ağstafa rayon mərkəzindən 75 km aralıda, dəniz səviyyəsindən 750-950 m yüksəklikdə, Gürcüstanla sərhəddə yerləşir.