SkyTeam və Aeroflot aviaşirkətin SkyTeam alyansındakı üzvlüyünü müvəqqəti dayandırmaq barədə razılığa gəliblər.
"Biz müştərilərə bunun təsirini azaltmağa çalışırıq və SkyTeam üstünlükləri və xidmətlərinə edilən hər hansı dəyişikliyin təsirinə məruz qalanları məlumatlandıracağıq", deyə relizdə bildirilir.
Xatırladaq ki, daha əvvəl Oneworld aviasiya alyansı Rusiyanın S7 Airlines aviaşirkətinin üzvlüyünə xitam vermişdi.