Utair proqramı Rusiya AppStore-dan silinib. Bu barədə TASS yazır. Qeyd olunur ki, Rusiya aviaşirkətinin tətbiqi Rusiya App Store-un tətbiqlər mağazasından yoxa çıxıb. Daşıyıcı özü hələ ki, xidmətinin ləğvi ilə bağlı şərh verməyib.
Xatırladaq ki, aprelin əvvəlində başqa bir aviaşirkətin - Aeroflotun mobil tətbiqi App Store-dan silinib. Daşıyıcının nümayəndələrinin sözlərinə görə, artıq iOS və ya Android əməliyyat sistemli cihazlar və qadcetlərdə quraşdırılmış proqram stabil işləməyə davam edir.
Aprelin əvvəlində iOS platformasında Alfa-Bank tətbiqi App Store-da yükləmək və yeniləmək üçün mövcud deyildi. Həmçinin Qərb ölkələrinin sanksiyaları ilə əlaqədar olaraq SberBank Online tətbiqi App Store-dan silinib.