Rusiyada 18 min dollara qalxan reyslərdə belə yer yoxdur. Nə baş verir?

Rusiyada 18 min dollara qalxan reyslərdə belə yer yoxdur. Nə baş verir?

Aprel ayında Rusiyada xaricə elit turlara tələbat 60 faiz azalıb. Mütəxəssislər tələbatın bu çöküşünü ilk növbədə sanksiyalar bəhanəsi ilə xarici lüks otellərdə rezervasiyaların ləğvi riskinin yüksək olması və xarici valyutada ödənişlərin aparılmasının çətinliyi ilə izah edirlər.

Sənaye rəsmisi Rusiyadakı hesablardan hətta “dost ölkələrə” pul köçürmələrinin indi böyük çətinliklə həyata keçirildiyini bildirib. Köçürmə məbləği nə qədər yüksək olarsa, qəbul edən bankın ödənişdən imtina etmə və geri qaytarma ehtimalı da bir o qədər yüksək olar. Otellər sanksiyaları pozmaqdan qorxurlar.

Nağd pul çıxarma 10 min dollarla məhdudlaşdığından və Visa-Mastercard-dan istifadə etmək mümkün olmadığından lüks tətilə gedənlər istədikləri qədər pul xərcləmək imkanından məhrum olurlar. Digər tərəfdən Rusiyadan uçuşların azalması ilə birinci və biznes sinif biletlərinin qiymətləri rekord sürətlə artıb.

Kommesant-a görə, may ayı üçün Emirates-lə, məsələn, Dubaya gediş-gəliş “birinci sinif” biletinin qiyməti təxminən 1,4 milyon rubla (18 min dollar) başa gəlir. Bu qiymətə belə reyslərdə yer yoxdur. Sosial şəbəkələrdə yazılan şərhlərə görə, Avropa da daxil olmaqla bir çox istiqamətlərin qapıları bağlı olduğu üçün Dubay zəngin ruslar üçün “məcburi yerlərdən” birinə çevrilib.