Rusiya tarixində bir ilk: Aeroflot bazar liderindən 3-cü yerə düşdü Pandemiya dövründə tarixi itkilərini açıqlayan Rusiyanın milli hava yolu şirkəti Aeroflot, Ukrayna sanksiyaları səbəbindən aldığı böyük zərbə ilə yerini itirdi.
Ölkənin ən böyük özəl aviaşirkəti olan S7 Airlines mart ayında daşınan sərnişinlərin sayına görə Aeroflotu ötərək bazar lideri olub. İkinci yerdə ekonom sinif uçuşları həyata keçirən Aeroflot qrupunun brendi olan “Pobeda” qərarlaşıb.
S7 Hava Yolları keçən ay 980 mindən çox sərnişin daşıyıb. Turkrus.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Aeroflot” alt brendi “Pobeda”dan geri qalaraq üçüncü olub.
Aeroflot Qrupunun mətbuat mərkəzinin məlumatına görə, mart ayında Pobeda 911 min sərnişin, Aeroflot isə 837 min sərnişin daşıyıb. Qrupun digər aviaşirkəti “Rossiya Hava Yolları”nın sərnişinlərinin sayı 456 min nəfər olub.
“Aeroflot Group”un ümumi sərnişin axını 20,4% azalaraq 2,2 milyon nəfər olub. “Aeroflot Group”un beynəlxalq sərnişin daşımaları martda 50 faiz azalaraq 189,4 min nəfərə düşüb.