Fransada aviabiletlərin qiymətləri kəskin artıb. Fransada hava nəqliyyatı qiymətləri kəskin şəkildə qalxıb. Sərnişinlər narazılıqlarını gizlətmirlər və qeyd edirlər ki, əvvəllər bileti 500 avroya almaq mümkün idisə, bu gün onun qiyməti 900, hətta 1000 avrodan bahadır, bu barədə aprelin 23-də France-3 telekanalı məlumat yayıb.
İl ərzində Fransadan xaricə uçuşların qiymətləri orta hesabla 6,1%-13,5% arasında artıb. Buna səbəb kimi Air France Ukrayna böhranı fonunda təyyarə yanacağının qiymətinin qalxmasını göstərir.
"Ukraynadakı vəziyyət neftin və nəticədə xərclərimizin 20-30%-ni təşkil edən kerosinin qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub", - Air France-ın mətbuat xidməti izah edib.