“Rossiya” Bakıya uçuşlara başlayır

“Rossiya” Bakıya uçuşlara başlayır

“Rossiya Hava Yolları” (“Aeroflot Group”un bir hissəsi) mayın 1-dən Moskvadan Bakıya birbaşa müntəzəm reyslərə başlayır. "İnterfaks"ın verdiyi xəbərə görə, uçuşlar Şeremetyevo hava limanından gündəlik həyata keçiriləcək və bu istiqamətdə Aeroflot reyslərini əvəz edəcək.

Uçuşlarda Rusiyanın 87 yerlik Superjet 100 təyyarəsi istifadə olunacaq.