BƏƏ beş illik turist vizası və bir neçə yeni viza növləri tətbiq edərək, viza sistemində köklü dəyişikliklər elan edib. Eyni zamanda, Qızıl Vizaların verilməsi proqramı genişlənir. Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun rəhbərlik etdiyi BƏƏ Nazirlər Kabineti ölkənin “yaşamaq, işləmək və sərmayə qoymaq üçün ideal yer” kimi mövqeyini gücləndirməyə yönəlmiş Əcnəbilərin Girişi və Yaşayış Qanununun müddəalarını təsdiqləyib.
Yeni giriş və yaşayış sistemi dünyanın hər yerindən tanınmış istedadlı və ixtisaslı işçiləri cəlb etmək və saxlamaq, rəqabət qabiliyyətini və əmək bazarının çevikliyini artırmaq məqsədi daşıyır.
İndi BƏƏ-yə səyahət edənlər üçün səfərin məqsədindən asılı olaraq müxtəlif növ vizalar mövcuddur. Ev sahibi və ya sponsordan təsdiq tələbi aradan qalxıb, ölkəyə giriş şərtləri sadələşdirilib. Bundan əlavə, bütün giriş vizası - həm tək, həm də çoxdəfəlik - eyni müddətə uzadıla bilər və verildiyi tarixdən etibarən 60 gün ərzində etibarlıdır.
Adi turist vizaları ilə yanaşı, beş illik çoxdəfəlik turist vizası da peyda olub. Bu viza növü üçün şəxsə ölkədə 90 günə qədər fasiləsiz qalmaq imkanı verir. Viza bir şərtlə uzadıla bilər: BƏƏ-də qalma müddəti bir il ərzində 180 gündən çox olmamalıdır. Beş illik vizanı əldə etmək üçün ərizənizdən əvvəl son altı ay ərzində bank hesabınızda ən azı 4000 ABŞ dolları olduğunu sübut etməlisiniz. Yeni qaydalar həmçinin BƏƏ vətəndaşının və ya rezidentinin qohumları və dostları üçün giriş icazələrini yüngülləşdirib. Bu halda girov da tələb olunmur.