Türk Hava Yollarının baş direktoru təyyarədə maska tələbini qaldırmağa çağırır

Türk Hava Yollarının baş direktoru təyyarədə maska tələbini qaldırmağa çağırır

İstanbul Hava Limanında Routes World 2023-ün tanıtım toplantısı keçirilib. Türk Hava Yollarının baş direktoru Bilal Ekşi təyyarələrdə məcburi maska ​​tələbinin qaldırılmasının tərəfdarı olduğunu bildirib.

Baş direktor Türkiyə mətbuatına müsahibəsində bildirib ki, Türk Hava Yolları həm milli, həm də beynəlxalq qurumların müəyyən etdiyi qaydaları tətbiq edir. Bəzi ölkələrin təyyarədə maska ​​taxmaq tələbini aradan qaldırdığını və bunu tövsiyəyə çevirdiyini xatırladan Bilal Ekşi belə davam etdi:

"Əlbəttə, hamımız bilirik ki, bu, sərnişinlərin rahatlığı baxımından qat-qat yaxşıdır. İki il maskalardan istifadə etməkdən yorulmuşuq”.