19 Aprel 2022, 21:25

İranın “Homa” aviaşirkəti Tehran-Bakı təyyarə reysini açır

İranın “Homa” aviaşirkəti Tehran-Bakı təyyarə reysini açır

İranın “Homa” aviaşirkəti Tehran-Bakı reyslərinin həyata keçirilməsinə başlayır.

Şirkət rəsmi saytında xəbər verir ki, aprelin 25-dən başlayaraq uçuşlar hər həftənin bazar ertəsi həyata keçiriləcək. Yerli vaxtla saat 13:00-da Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxan “Airbus A319” təyyarələri saat 13:55-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək. Təyyarə Bakı vaxtı ilə saat 14:55-də geri dönəcək.

Şirkət yay aylarında reyslərin sayının artırılması barədə plan hazırlayır.