Rus turistləri gətirmək üçün Türkiyədə yeni aviaşirkətlər yaradılır

Rus turistləri gətirmək üçün Türkiyədə yeni aviaşirkətlər yaradılır

Rusiya mülki aviasiya sektorundakı təyyarə böhranının Türkiyə turizmini vurmaması üçün “təcili həll” axtarışları çərçivəsində “Rusiya-Türkiyə marşrutu üzrə fəaliyyət göstərəcək özəl hava yolu şirkətlərinin yaradılması” istiqamətində hərəkətə start verilib.

AirportHaber-in əldə etdiyi məlumata görə, ilk addımı atan Southwind adlı hava yolu şirkəti ilk olaraq 5 Airbus ilə may ayının sonunda fəaliyyətə rəsmi olaraq başlayacaq. Bildirilib ki, şirkətin təsis ərizəsi Mülki Aviasiya Baş İdarəsi (SHGM) tərəfindən qəbul edilib və proses sürətləndirilib. Digər şirkət isə Anex-dir və artıq bu sahədə təşəbbüslərə başlayıb.

Qeyd edək ki, bir müddətdir Türkiyədə hava yolu şirkəti qurmağa hazırlaşan Rusiyanın türk əsilli iki aparıcı tur operatorunun hava yolu açacağını bildirilir. İndi əsas həmin şirkətlərin Türkiyəyə gətirəcəyi turistlərin sayıdır.