15 Aprel 2022, 09:10

ABŞ ixrac nəzarətini pozduğuna görə Rusiya və Belarusun daha 10 təyyarəsinə qadağa qoydu

ABŞ ixrac nəzarətini pozduğuna görə Rusiya və Belarusun daha 10 təyyarəsinə qadağa qoydu

ABŞ Ticarət Departamenti dünən daha 10 Rusiya və Belarus təyyarəsini ABŞ-ın ixraca nəzarət qaydalarını pozduğuna görə uçuşu qadağan edilən təyyarələr siyahısına əlavə edib.

"Bu gün ABŞ Ticarət Departamenti Sənaye və Təhlükəsizlik Bürosunun köməyi ilə daha 10 təyyarənin ABŞ-ın ixrac nəzarətini pozduğunu, o cümlədən onların yeddisinin Belarusa məxsus kommersiya təyyarələri olduğunu açıqladı", deyə açıqlamada bildirilir.

Belə ki, Belarusun “Belavia” aviaşirkətinin yeddi təyyarəsi siyahıya daxil edilib, iki layner “Utair” donanmasına, biri isə “Aeroflot”a məxsusdur. Agentlik xatırladır ki, 2022-ci il fevralın 24-də ABŞ Sənaye və Təhlükəsizlik Bürosu Rusiyaya göndərilən aviasiya məhsullarına ciddi nəzarət tətbiq edib. Martın 2-də Büro Belarusa qarşı da analoji tədbirlər görüb.