Dəniz üstündə tikilmiş ikinci nəhəng hava limanı Türkiyədədir-VİDEO

Dəniz üstündə tikilmiş ikinci nəhəng hava limanı Türkiyədədir-VİDEO

Türkiyədə yeni tikilən Rizə-Artvin Hava Limanına test uçuş həyata keçirən ilk təyyarə uğurla eniş edib.

Bura Ordu-Giresun aeroportundan sonra Türkiyədə və Avropada istifadəyə verilən dəniz üstündə tikilmiş ikinci nəhəng hava limanıdır.

Rəsmi məlumata görə, Rizə mərkəzindən 34, Hopa rayonundan 54, Artvindən 125 kilometr məsafədə yerləşən, müasir tipli böyük təyyarələri qəbul etmək imkanında olan yeni hava limanı müasir standartlara uyğun aeroportdur. Yeni hava limanı dənizə paralel tikilmiş 3045 metr uzunluğunda enmə zolağına malikdir.