13 Aprel 2022, 12:44

Prezident: "Laçın rayonunda aeroport 2024-cü ildə istifadəyə veriləcək"

Prezident:

 

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Zəngilan rayonunda beynəlxalq hava limanı 2022-ci ildə, Laçın rayonunda isə 2024-cü ildə istifadəyə veriləcək.

"Nəqliyyat infrastrukturu ilə bağlı digər məsələ Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsidir. Bu da bu ilə nəzərdə tutulur. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı olacaq. O ki qaldı, Laçın Beynəlxalq Hava Limanının inşasına, bunu biz 2024-cü ilə planlaşdırırıq. Orada işlərin həcmi çox böyükdür, həm dağlar partladılmalıdır, həm ərazi düzəlməlidir və orada doğrudan da çox böyük torpaq işləri var. Amma o da mütləq olacaq".