AZAL-ın Gürcüstana apardığı sərnişinlərin sayı artıb

AZAL-ın Gürcüstana apardığı sərnişinlərin sayı artıb

Bu ilin I rübündə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana daşıdığı sərnişinlərin sayı 27 866 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.

Hesabat dövründə aviaşirkətin Gürcüstanın aviasiya bazarındakı payı 4 %-ə bərabər olub.

Pendemiyadan öncə - 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişinlərin sayında 8 601 nəfər və yaxud 45 % artım qeydə alınıb. Azərbaycanın milli avidaşıyıcısının qonşu ölkənin aviasiya bazarındakı payı isə 2 % artıb.

COVID-19 pandemiyası səbəbindən Azərbaycanla Gürcüstan arasında uçuşlar 2020-ci ilin martından bir il ərzində dayandırılmışdı. AZAL-ın aşağıbüdcəli törəməsi olan “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri 2021-ci ilin martın 19-dan bərpa edib.

report