Amerikanın Air Lease Corporation lizinq şirkəti Rusiyadan 21 təyyarəni geri qaytara bilməyib. Şirkətin 20-dən çox təyyarəsi, Rusiya aviaşirkətləri ilə müqavilələrə xitam verilməsinə baxmayaraq, Rusiya Federasiyasının ərazisində qalmağa davam edir.
"2022-ci ilin martında biz Rusiya aviaşirkətlərinə icarəyə verilmiş bütün ALC təyyarələri üçün icarə müqavilələrinə xitam verdik. Hazırda Rusiyada bizə məxsus olan 21 təyyarəmiz var ki, bu da 31 mart 2022-ci il tarixinə xalis balans dəyəri ilə donanmamızın təxminən 3,4%-ni təşkil edir".
Bu barədə ALC-nin bəyanatında deyilir.