Azərbaycanın loukosteri “Buta Airways” iyuldan Bakı-Alanya marşrutu üzrə uçuşların sayını artıracaq.
“Hazırda Bakıdan Türkiyənin Alanya şəhərinə uçuşlar həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçirilir. İyulun 1-dən etibarən bu istiqamətdə reyslər hər gün yerinə yetiriləcək”, - deyə şirkətdən bildirilib.
Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanından Alanyaya Embraer ERJ-190 təyyarəsi ilə uçuş səhər saat 7:30-da, Qazipaşa hava limanına isə səhər saat 09:30-da eniş həyata keçirilir.
Əks istiqamətdə isə yola düşmə saat 10:45-də, Bakıya eniş isə saat 14:35-də həyata keçirilir. Qeyd edək ki, saatlar yerli vaxtla göstərilir.