Türk Hava Yollarına Rusiyadan turist daşımağa icazə verildi

Türk Hava Yollarına Rusiyadan turist daşımağa icazə verildi

Türkiyə dövləti Türk Hava Yollarına Rusiyadan turist daşımağa icazə verib. “Tourdom” portalı yazır ki, Türk Hava Yollarının 2022-ci ilin yay mövsümü üçün Rusiya şəhərlərinə uçuş proqramı dövlət səviyyəsində razılaşdırılıb. Çünki Türkiyə aviaşirkətinə Rusiyaya tətbiq edilən sanksiya rejimi ilə bağlı dövlət zəmanəti lazım idi. 

Uçuş proqramı aprelin 29-da həftədə 208 uçuşla başlayacaq. Sonradan onların sayı 300 və ya daha çox artırılacaq.

Aviaşirkət üç ən böyük turoperatora: Pegasus, Coral Travel və ANEX Tour reyslərində yer blokları təqdim edəcək.

Tur operatorları artıq tur satışlarını açıblar.