30 Mart 2022, 09:15

Qazaxıstanda külək fırtınası təyyarəni çevirdi. Aeroport bağlandı: VİDEO

Qazaxıstanda külək fırtınası təyyarəni çevirdi. Aeroport bağlandı: VİDEO

Qazaxıstanın Nursultan Nazarbayev Beynəlxalq Aeroportu paytaxtda hava şəraiti kəskin pisləşdiyi üçün bağlanıb. Almatıda isə külək fırtınası təyyarəni çevirib. 

Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, aeroport bu gün təxminən saat 00:00-a qədər bağlı olacaq. Paytaxtda fırtına və güclü qar yağacağı ilə bağlı xəbərdarlıq edilib.

“Sərnişinlərdən uçuşlar, enişlər, gecikmələr barədə ən son məlumatları aviaşirkətlərin hava limanı məlumat xidmətində və zəng mərkəzlərində öyrənmələri xahiş olunur”, - deyə paytaxt hava limanının mətbuat katibi Ənvər Şaləkənov bildirib

Qeyd edək ki, Akmola, Karaqanda və Pavlodar vilayətlərində bir sıra marşrutlar da bağlanıb. Sinoptiklər martın 30-da Qazaxıstanın bəzi rayonlarında qar fırtınası, güclü külək və toz fırtınası olacağı barədə xəbərdarlıq ediblər.

Almatı aeroportunda isə bir anda küləyin əsməsi ilə qonşu təyyarə sözün həqiqi mənasında yan tərəfə çevrilir. SCAT aviaşirkətinin mətbuat xidmətindən bizə bildirdilər ki, təyyarədə heç kim olmayıb.