Rusiyada mehmanxanaların vergisi "0"landı

Rusiyada mehmanxanaların vergisi

Rusiyanın Ukraynaya hücumu nəticəsində hər iki ölkənin turizm sektoru çökdü. Xüsusən də Ukraynanın turizm infrastrukturu məhv edildi.

Rusiya hökuməti vəziyyəti qismən yüngülləşdirmək üçün  mehmanxanaların ƏDV dərəcəsinin sıfırlanması ilə bağlı qanun qəbul edib. Qanuna görə, növbəti 5 il ərzində onlar 20% vergidən azad olunacaqlar. Yeni otellər açılan andan etibarən eyni imkandan faydalanacaqlar.

Rosturizmin fikrincə, bu tədbirlər Rusiya turizminin əsas problemlərindən birini - müasir yüksək keyfiyyətli otellərin kəskin çatışmazlığını həll etməlidir.

Bundan sonra Mir kartlarındakı 20% turist cashback-in nə qədər davam edəcəyi bəlli deyil: çox güman ki, bir stimullaşdırıcı tədbir sadəcə digəri ilə əvəz olunacaq.