29 Mart 2022, 10:01

Türkiyə turizmi müharibə itkiləri üzərində baş sındırır. Ən yaxşı halda ümid iyun ayınadır

Türkiyə turizmi müharibə itkiləri üzərində baş sındırır. Ən yaxşı halda ümid iyun ayınadır

Türkiyə turizminin Rusiya bazarından asılılığı ilə bağlı müzakirələr son vaxtlar yenidən gündəmə gəlib. Turoperatorlar ən yaxşı halda “iyun” deyirlər. Müharibə bitsə belə, turist axınının ən yaxşı halda iyun ayında başlayacağını bildirən Türkiyənin tanınmış turizmçilərindən biri Bünyami Vural, “Rusiyadan turist axını iyunda başlasa belə, bunun çox aşağı olacağını düşünürük", söyləyib.

Ötən il Ukraynadan Antalyaya 1 milyon 300 min turist gəlib. Ukrayna artıq mümkün görünmür. Antalyaya enən 2 turistdən biri rus və ya ukraynalıdır. Atəşkəs imzalansa və təyyarələrlə bağlı böhranlar aradan qaldırılsa belə, qlobal neft qiymətlərinin artması, Rusiya vətəndaşlarının alıcılıq qabiliyyətinin azalması kimi faktorlar gündəmə gəlir.

Avropa bazarının isə Türkiyə üçün bu itkini kompensasiya etməsi mümkün deyil.

"Bu, çox çətindir. Rəqəmlər hər şeyi ortaya qoyur. Ötən il Rusiya və Ukraynadan Türkiyəyə gələn turistlərin sayı 7 milyona yaxınlaşıb, Almaniyadan 3 milyondan bir qədər çox turist gəlib. Ruslar və ukraynalılardan dəyəcək itkini ödəmək üçün 10 milyona yaxın alman gəlməlidir, bu da mümkün deyil. Bir vəziyyət də var. Almaniyadan rezervasiyalar yanvar ayına qədər yaxşı gedirdi, lakin fevral ayından etibarən rezervasiyalar azalıb”.

Bundan əlavə, Rusiyadakı bəzi turoperatorların Türkiyədən olması Rusiyadan gələn turist axınına müsbət təsir edir.  Elektron otelləri tutumunun yalnız 20 faizi daxili bazara ayırılır.