Ural Hava Yolları Azərbaycana bütün reyslərin ləğvini daha bir ay uzatmaq qərarına gəlib. Daşıyıcının saytında verilən məlumata görə, aprelin 30-u daxil olmaqla, Azərbaycandan/Azərbaycana bütün reyslər dayandırılıb.
Bundan əvvəl daşıyıcı Qazaxıstana uçuş proqramını ilkin olaraq martın 11-dən 31-dək, daha sonra isə aprelin 30-dək dayandırıb. Aviaşirkətin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 1-dək Rusiyanın cənub şəhərlərinə uçuşlar təxirə salınıb, bundan sonrakı qərar Federal Hava Nəqliyyatı Agentliyinin əmrindən asılı olacaq.
Xəbər verdiyimiz kimi, Federal Hava Nəqliyyatı Agentliyi xaricdə təyyarələrin kütləvi həbsi fonunda Rusiya aviaşirkətlərinə beynəlxalq uçuşları dayandırmağı tövsiyə edib. Agentlik qeyd edib ki, məhdudiyyətlər təyyarələrin tutulması və ya saxlanılması riski olmayan aviaşirkətlərə şamil edilmir.