Rusiya aviaşirkətlərinin təxminən 80 təyyarəsi xaricdə müsadirə olunub

Rusiya aviaşirkətlərinin təxminən 80 təyyarəsi xaricdə müsadirə olunub

Rusiya aviaşirkətlərinə məxsus olan təxminən 80 təyyarə anti-Rusiya sanksiyaları səbəbindən xaricdə müsadirə olunub. Bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev məlumat verib.

“Bizim ümumilikdə 1,367 min təyyarəmiz olub (sanksiyalardan əvvəl ). 78 təyyarə itirdik, uçuş zamanı onlar müsadirə edildi”, - Savelyev Federasiya Şurasının iqtisadi siyasət üzrə komitəsinin iclasında bildirib. 

Savelyevin sözlərinə görə, RF təyyarələrin pul müqabilində geri alınmasına dair Qərbin lizinq şirkətləri ilə razılaşmağa çalışır, lakin onlar danışıqlara razı olmurlar. Bu şəraitdə RF aviaparkı Rusiya reyestrinə daxil etməyə başlayıb.