Nazirlik: "Azərbaycanda Rusiyaya məxsus təyyarələrin həbsi olmayıb"

Nazirlik:

Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin Azərbaycanda Rusiya təyyarələrinin həbsi ilə bağlı verdiyi açıqlama reallığı əks etdirmir və təəccüb doğurur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Azərbaycanda Rusiya Federasiyasına məxsus təyyarələrin həbsi olmayıb. Biz Rusiyanın müvafiq qurumlarını bu yalan məlumatı təkzib etməyə çağırırıq”, - deyə agentlik qeyd edir.

Qeyd edək ki,  ötən gün Rusiya mətbuatı nazirliyə istinadən belə bir məlumat açıqlanmışdı.