22 Mart 2022, 15:30

Varşava-Bakı birbaşa reysləri açılır

Şopen Beynəlxalq Aeroportundan Bakıya uçuşlar həftədə dörd dəfə olacaq
Varşava-Bakı birbaşa reysləri açılır

Polşanın “LOT” aviaşirkəti may ayından etibarən Varşava-Bakı şəhərləri arasında birbaşa reyslərə başlayacaq.

Bu barədə məlumat aviaşirkətin sosial şəbəkələrdəki hesablarında yayılıb. Qeyd edilib ki, Bakı şəhəri aviaşirkətin uçuş şəbəkəsindəki növbəti şəhər olacaq.

Varşava Şopen Beynəlxalq Aeroportundan Bakıya uçuşlar həftədə dörd dəfə (çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günləri) həyata keçiriləcək. İlk uçuş mayın 27-də baş tutacaq.

Aviaşirkətin internet səhifəsində Varşava-Bakı arasında uçuşlar üçün biletlərin satışına start verilib.

azərtac.az