Şeremeto aeroportunun işçilərinin yarısı məcburi məzuniyyətə göndərildi

Şeremeto aeroportunun işçilərinin yarısı məcburi məzuniyyətə göndərildi

Moskvanın Şeremetyevo Hava Limanı işçilərinin təxminən 40%-ni məcburi məzuniyyətə göndərib. Məcburi məzuniyyət zamanı işçilər maaşlarının üçdə ikisini alacaqlar.

Qərb sanksiyalarının tətbiqindən sonra hava axınının kəskin azalması fonunda hava limanı belə bir addım atmağa məcbur olub. 

“İzvestiya” qəzeti hava limanının baş direktoru Mixail Vasilenkonun əmrinə istinadən yazır ki, “Şeremetyevo”nun bəzi əməkdaşlarına martın 16-dan məcburi məzuniyyət verilib. Hazırda hava limanında təxminən 15 min işçi xidmət edir. Qəzet əlavə edir ki, təxminən 6-7 min nəfər məcburi məzuniyyətə göndəriləcək.

“Beynəlxalq nəqliyyat sahəsində məcburi məhdudiyyətlər” fonunda Şeremetyevo hava limanı martın 15-də üçüncü uçuş-enmə zolağından istifadəni, E və D terminallarının fəaliyyətini dayandırıb, investisiya proseslərini məhdudlaşdırıb və “qüvvədə olacaq” digər antiböhran tədbirlərinə əl atıb.