18 Mart 2022, 10:19

Rusiyanın cənubundakı aeroportların bağlanma müddəti uzadıldı

Rusiyanın cənubundakı aeroportların bağlanma müddəti uzadıldı

Rusiyanın cənubundakı bir sıra hava limanlarının işinə müvəqqəti məhdudiyyət martın 26-dək uzadılıb. Krasnodar, Anapa və Soçi hava limanlarını idarə edən "Aerodinamika" bu barədə məlumat yayıb. 

“Rusiyanın cənubundakı hava limanlarının bağlanmasının müddətinin 26 mart 2022-ci il saat 03:45-ə qədər uzadılması”, – qərar alınıb. 

Soçi hava limanı isə müvəqqəti mərkəz kimi normal rejimdə işləyir.

Federal Hava Nəqliyyatı Agentliyi fevralın 24-də səhər saatlarında Rusiya Federasiyasının mərkəzi və cənubunda yerləşən bir sıra hava limanlarına uçuşlara qadağa qoyub. Qadağa əvvəlcə martın 2-dək qüvvədə olub, sonra dəfələrlə uzadılıb.

Uçuşlar aşağıdakı şəhərlərin hava limanlarına məhdudlaşdırılıb: Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elista.