16 Mart 2022, 16:00

Pakistandan ilk təyyarə Bakıya uçuş həyata keçirdi

Pakistandan ilk təyyarə Bakıya uçuş həyata keçirdi

“Pakistan International Airlines”aviaşirkətinə məxsus ilk təyyarə Bakıya uçuş həyata keçirib.

Bu barədə Pakistanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilir ki, Lahor-Bakı istiqamətində uçuş həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 13.30-da Heydər Əliyev Hava Limanına enib.

Qeyd edək ki, “Pakistan International Airlines” bu həftədən Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlara başlayır. Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.

report.az