14 Mart 2022, 17:29

Aeroflot, Türk Hava Yolları və Azimut Minskə olan reyslərini ləğv etdilər

Aeroflot, Türk Hava Yolları və Azimut Minskə olan reyslərini ləğv etdilər

Aeroflot, Türk Hava Yolları və Azimut Belarusun paytaxtına bir sıra reysləri ləğv edib. Bu barədə bugün Minsk Milli Hava Limanının mətbuat xidməti məlumat yayıb.

Belə ki, Aeroflot Moskva-Minsk-Moskva (Şeremetyevo) reysini martın 26-dək təxirə salıb.

Türk Hava Yolları İstanbul-Minsk uçuşlarının ləğvini martın 19-dək uzadıb.

Azimut Hava Yolları martın 14-də Rostov-na-Donu - Minsk - Rostov-na-Donu reysini ləğv edib. Bundan əlavə, aviaşirkət Mineralnıye Vodı - Minsk - Mineralnıye Vodı reyslərini martın 17-dək, həmçinin Krasnodar - Minsk - Krasnodar reyslərini martın 19-dək dayandırıb.