14 Mart 2022, 17:11

Rusiya aviaşirkətləri lizinq probleminə yeni çarə tapıblar: təyyarələr "milliləşdirilir"

Rusiya aviaşirkətləri lizinq probleminə yeni çarə tapıblar: təyyarələr

“Rosaviasiya” 8 martdan etibarən xarici ölkələrdə, əsasən ofşor bölgələrdə qeydiyyatda olan Rusiya aviaşirlətlətinə məxsus təyyarələrinin beynəlxalq uçuşuna qadağa qoyub. Hazırda Rusiyadan xaricə uçan təyyarələr əsasən Rusiya istehsalı olan Sukhoi Superjet 100 və Rusiya qeydiyyatında olan Airbus və Boeing təyyarələridir. İki öncə isə Bermud adalarında qeydiyyatda olan 700 Rusiya təyyarəsinin lisensiyası ləğv olundu. Bunlar daha çox Aeroflot və S7 aviaşirkətlərinə məxsus təyyarələrdir.

Utair isə problemin həllini lizinqi bağlanmış təyyarələrini “milliləşdirməkdə” tapıb. Belə ki, artıq 15 ədəd Boeing 737 təyyarəsini ofşor qeydiyyatından çıxararaq Rusiya qeydiyyatına salıb.

Bu təyyarələr əsasən köhnə təyyarələrdir. Ən “cavanının” 20 yaşı var. Təyyarələr Rusiya qeydiyyatına düşəndən sonra beynəlxalq reyslərdə istifadə etmək olar. Artıq Utair beynəlxalq reyslərini qismən bərpa edib.

Bu qayda ilə Nordwind və PegasFly (İkar) aviaşirkətləri də bir neçə təyyarələrini “milliləşdiriblər”. Qeydiyyatı dəyişdirilən təyyarələrlə Misir, Türkiyə, Tayland reyslərini icra edirlər.