14 Mart 2022, 10:59

Təyyarə yox, hava limanları boşdur – Rusiya aeroportundan VİDEO

Təyyarə yox, hava limanları boşdur – Rusiya aeroportundan VİDEO

2021-ci ilin statistikasına görə ən çox sərnişin sıxlığı üzrə dünya lideri olan Rusiyanın hava limanları bugün səssizliyə qərq olub. 

Elə ilk günlər Rusiyanın 12 aeroportu tamamilə dayandı və hazırda Moskvanın Şeremetova, Domodedova kimi beynəlxalq aeroportları da boş qalıb. Son məlumatlara görə, hazırda bu ölkəyə cəmi 30 aviaşirkət uçuş həyata keçirir. 

Bu isə Rusiya mülki aviasiyasının çöküşü deməkdir. Bu aeroportlarda çalışan işçilərin sayını da nəzərə alsaq, hazırda Rusiyada işsizlər ordusunun durmadan artdığını demək olar. 

Sosial şəbəkələrdə yayılan son videolardan görünür ki, Şeremetova D ümumiyyətlə dayanıb. Rusiyalı bloger hava limanında kimsəsiszliyin olduğunu bildirir. Eyni vəziyyət Domodedova aeroportunda da hökm sürür. Rusiyalıların ölkədən çıxması hallarının artması fonunda xaricə uçuşlara ciddi tələbat yaranıb.