14 Mart 2022, 10:11

Rusiya turistlərinin "Belqrad nəfəsliyi" daraldı: reyslər 15-dən 1-ə düşdü

Rusiya turistlərinin

Serbiyadan Rusiya istiqamətində aviareyslərin sayı azaldılacaq. Serbiya Prezidenti Aleksandr Vuçiç deyib ki, paytaxt Belqraddan Moskva istiqamətində uçuşların sayı gündəlik bir reysə endiriləcək.

Qeyd edək ki, Avropa İttifaqına(Aİ) üzv dövlətlərin Rusiyaya qarşı sanksiyalarına baxmayaraq, bu sanksiyalara qoşulmayan və öz hava məkanını Rusiya təyyarələri üçün açıq saxlayan Serbiyanın hava yolu şirkəti “Air Serbia” son günlərdə Belqrad-Moskva-Belqrad istiqamətində aviareyslərin sayını iki dəfə artırması tənqidlə qarşılanırdı. Çünki Rusiya vətəndaşları digər Avropa ölkələrinə səyahət etmək üçün Serbiyadan tranzit ölkə kimi istifadə edirlər.

Əksəriyyəti dövlətə məxsus olan “Air Serbia” aviaşirkəti artan tələbatı qarşılamaq üçün Moskva-Belqrad istiqamətində həftədə 15 reys edirdi. 

Rusiya vətəndaşları Serbiyadan tranzit ölkə kimi istifadə etməklə əsasən Fransa, İsveçrə, İtaliya, Böyük Britaniya, Sloveniya, Kipr, Avstriya, Almaniya və İspaniyaya getməyə başlamışdılar. 

Qeyd edək ki, Aİ üzvü olmayan, lakin təyyarələri Avropa hava məkanında sərbəst hərəkət edə bilən Serbiya Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda iştirak etməyib.