11 Mart 2022, 09:16

Qazaxıstanın “Air Astana” şirkəti Rusiyaya uçuşları dayandırdı

Qazaxıstanın “Air Astana” şirkəti Rusiyaya uçuşları dayandırdı

Qazaxıstanın “Air Astana” aviaşirkəti kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə əlaqədar Rusiyaya uçuşları dayandıracaq. Bunu aviaşirkətin mətbuat xidməti bugün bildirib.

“Air Astana təəssüflə bildirir ki, Rusiya Federasiyasından/Rusiya Federasiyasına və onun ərazisi üzərindən kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə əlaqədar bu istiqamətdə bütün uçuşlar dayandırılacaq”, - mesajda deyilir.

İzah edilir ki, aviaşirkət uçuşların tez bir zamanda bərpası üçün Qazaxıstan hökuməti ilə bu məsələləri təcili həll edir.

“Ləğv edilmiş reyslərin sərnişinlərindən ödənişin tam həcmdə ödənilməsi üçün satınalma yeri ilə əlaqə saxlamalarını xahiş edirik”, - məlumatda deyilir.

Bundan əvvəl “Air Astana” operativ səbəblərə görə Qazaxıstandan Rusiyanın bir sıra şəhərlərinə uçuşları müvəqqəti dayandırdığını açıqlamışdı.