11 Mart 2022, 09:02

Türkiyənin loukosteri Rusiyaya uçuşları dayandırdı

Türkiyənin loukosteri Rusiyaya uçuşları dayandırdı

Türkiyənin loukosteri olan Pegasus Hava Yolları 2022-ci il martın 13-dən 27-dək Rusiyaya uçuşları dayandırır. Bu barədə cümə axşamı aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

“Bu şəraitdə (Rusiyaya qarşı sanksiyaların tətbiqi) əməliyyat riskləri səbəbindən Rusiya Federasiyasına və Rusiya Federasiyasından bütün uçuşlarımız 2022-ci il martın 13-dən (daxil olmaqla) 27 mart 2022-ci il tarixinədək müvəqqəti olaraq dayandırılıb. Bu tarixlərdə Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı, Qroznı, Mahaçqala və Krasnodara reyslərdə olan qonaqlarımız biletin pulsuz dəyişdirilməsi və pulun tam geri qaytarılması hüququna malikdir”, - məlumatda deyilir.