9 Mart 2022, 11:19

Moskva hava limanlarında 69 reys ləğv edildi

Rusiya təyyarələrinin xaricdə saxlanılması və ya həbs edilməsi riski yüksəkdir
Moskva hava limanlarında 69 reys ləğv edildi

Martın 9-da Moskva hava limanlarında ümumilikdə 69 reys ləğv edilib. Qeyd olunur ki, Vnukovo hava limanında 4 reys gecikib, daha 26 reys təxirə salınıb, Şeremetovada 7 reys gecikib, 17 reys təxirə salınıb, Domodedovoda 2 reys gecikib, 13 təyyarənin uçuşu ləğv edilib.

Onlarla reysin uçuş vaxtının dəyişdirilməsinin səbəbləri barədə məlumat verilmir.

Martın əvvəlində Federal Hava Nəqliyyatı Agentliyi donanmasında xarici reyestrlərin təyyarələri olan Rusiya aviaşirkətlərinə xaricə bütün uçuşları dayandırmağı tövsiyə etmişdi. Agenlik açıqlayıb ki, tövsiyə Rusiya təyyarələrinin xaricdə saxlanılması və ya həbs edilməsi riskinin yüksək dərəcəsi ilə bağlıdır.