9 Mart 2022, 08:55

Türk Hava Yolları İstanbula bəzi reysləri təxirə saldı

Türkiyədə martın 10-a əlverişsiz və yağıntılı hava şəraiti proqnozlaşdırılır
Türk Hava Yolları İstanbula bəzi reysləri təxirə saldı

Türkiyədə martın 10-a proqnozlaşdırılan əlverişsiz və yağıntılı hava şəraiti səbəbindən İstanbula ediləcək bəzi təyyarə reyslərini təxirə salınıb.

Bununla bağlı Türk Hava Yolları (THY) aviaşirkətindən açıqlama verilib.

Məlumatda qeyd edilib ki, martın 10-da İstanbulun “İstanbul” və “Sabiha Gökçən” hava limanlarına enməsi və bu aeroportlardan qalxması planlaşdırılan bəzi səfərlər təxirə salınıb.

THY bu aeroportlardan səfər edəcək sərnişinlərinə şirkətinin rəsmi səhifəsindən reysləri ilə bağlı məlumat almağı tövsiyə edib.