“Aeroflot” şirkəti martın 8-dən bütün beynəlxalq uçuşları dayandıracaq. Bu qərarda yalnız Belarusa uçuşlar istisna olunur.
Həmçinin qeyd olunur ki, martın 6-dan Rusiyaya martın 8-dən sonra gediş-dönüş bileti olan sərnişinlərin xaricə reyslərə qəbulu dayandırılır.
“Aeroflot” belə bir qərarın “sərnişinlərin Rusiyaya qayıdış reyslərindən istifadənin mümkünsüzlüyü risklərini azaltmaq üçün” verdiyini açıqlayıb. Bundan əlavə, aviaşirkət ləğv edilmiş reyslər üçün pulun tam şəkildə geri qaytarılmasına hazır olduğunu bəyan edib.
Hazırda xaricdə olan və əllərində dönüş bileti olan sərnişinlərə növbəti tarixlər üçün səyahət sənədlərini yenidən rəsmiləşdirmələri tövsiyə olunub.
Eyni zamanda, aviaşirkət ölkənin cənubundakı bir sıra şəhərlər istisna olmaqla, Rusiya daxilində uçuşları tam həcmdə həyata keçirməyə davam edəcək.
Bundan əvvəl, martın 4-də Rusiyanın S7 aviaşirkəti martın 5-dən etibarən bütün beynəlxalq uçuşların ləğv edildiyini açıqlamışdı. Hazırda daşıyıcının mütəxəssisləri sərnişinlərlə işləyir - onlar tərəfdaş aviaşirkətlərin reysləri ilə səyahət edənlərə xaricdən vətənə qayıtmağa kömək edirlər.