5 Mart 2022, 15:38

Rusiya vətəndaşlarına tövsiyə edib ki, ölkələrinə Azərbaycan üzərindən qayıtsınlar

Rusiya vətəndaşlarına tövsiyə edib ki, ölkələrinə Azərbaycan üzərindən qayıtsınlar

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviatsiya”) Qərb ölkələrindəki vətəndaşlarına Azərbaycan üzərindən vətənə qayıtmağı təklif edir.

Qurumun açıqlamasında həmçinin Serbiya, Türkiyə, Ermənistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Qazaxıstan da mümkün istiqamət kimi sadalanıb.

Qeyd edək ki, “Rosaviatsiya” Rusiya vətəndaşlarının vətənə qayıtmaları üçün əlverişli marşrut tərtibatı üzərində çalışır.

Belə ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra bir sıra ölkələr öz hava məkanına Rusiya təyyarələrinin girişinə qadağa qoyub.

report.az