5 Mart 2022, 10:59

Booking.com Rusiyada fəaliyyətini dayandırdı

Booking.com Rusiyada fəaliyyətini dayandırdı

Booking.com onlayn otel bron xidməti Rusiyada fəaliyyətini dayandırıb, platforma ölkədə otel tapmaq və ya bron etmək imkanı vermir.

Cümə günü axşam saatlarında xidmətin rəsmi saytı Rusiyada yaşayış yeri axtarmaq üçün müraciətlərin yerinə yetirilməsini dayandırıb. Eyni zamanda, hələ də xarici sifarişlər üçün otel axtarışı mümkündür.

Hələlik şirkətdən rəsmi açıqlama verilməyib.