4 Mart 2022, 15:07

Rusiyanın S7 aviaşirkəti Azərbaycana uçuşları dayandırıb

Rusiyanın S7 aviaşirkəti Azərbaycana uçuşları dayandırıb

Rusiyanın S7 aviaşirkəti martın 5-dən etibarən beynəlxalq istiqamətlərə bütün uçuşları ləğv etmək məcburiyyətində qaldığını bildirib. Şirkət o cümlədən Azərbaycana bütün reyslərini ləğv edib.

"Ləğv edilmiş reyslərin sərnişinləri aviaşirkətdən bildirişlər alır, mütəxəssislərimiz S7 Hava Yollarının nümayəndəlikləri vasitəsilə onlarla əlaqə saxlayır. Həmin sərnişinlər tərəfdaş aviaşirkətlərin reyslərində turistlərin evlərinə qayıtmalarına kömək edirlər. Həmçinin, ləğv edilmiş beynəlxalq reyslərin sərnişinləri uçuşun ləğvi ilə bağlı SMS aldıqdan sonra biletin qiymətinin tam şəkildə geri almaq üçün müraciət edə bilərlər”, - şirkət qeyd edir.

Teqlər: